Dərc edildi: Baxış sayı: 529
Azərbaycanın ən yaşlı sakininin adı açıqlandı
Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib.
Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, hazırda ölkəmizin ən yaşlı sakini Lənkəran rayonu Sütəmurdov kəndinin 104 yaşlı sakini Mirzadə Cabbarova sayılır.
U.Həşimova əlavə edib ki, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişdikdən sonra M.Cabbarova Azərbaycanın ən yaşlı sakini olub.
İnstitutunun direktoru bəzən ən yaşlı insan haqqında onların sənədinə istinadən yayılan məlumatların da elmi əsasının olmadığını söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət