Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın ən qorxulu silahı hansıdır? - NATO ölkəsindən alınıb və...

Azərbaycanın ən qorxulu silahı hansıdır? - NATO ölkəsindən alınıb və...
Sakura

Azərbaycanın ən qorxulu silahı hansıdır? - NATO ölkəsindən alınıb və...

Redaktor.az-ın bu dəfəki müsahibi hərbi-siyasi icmalçı Ramil Məmmədlidir. Onun Azərbaycanın hərbi strategiyası ilə bağlı müsahibəsini təqdim edirik. 

Hazırda cəbhədə gərgin vəziyyət davam edir və hərbi-strateji gücünə görə Azərbaycandan zəif qiymətləndirilən Ermənistanın atəşkəsi davamlı olaraq pozması və təxribatlar törətməsini necə şərh etmək olar?

- Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində, həmçinin dövlət sərhədi boyunca gərginlik daim davam edib. Zaman-zaman Ermənistan Silahlı Qüvvələri təxribat xarakterli tədbirlər həyata keçirirlər. Bu, əsasən Azərbaycanın şimal-qərb rayonlarını əhatə edir. Ermənistan hərbi birləşmələri münaqişənin həllində maraqlı olmadıqlarını açıq şəkildə bildirirlər. Ermənistana hazırki vəziyyət daha çox sərf edir. Sonuncu Münhen Təhlükəsizliyi Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı debatda da bunun şahidi olduq. Bəlli oldu ki, Ermənistan bu münaqişənin həlli ilə bağlı hər hansı güzəştə getmək yolu qoymayıb.Dağlıq Qarabağ və yeddi rayonumuz işğal altındadır. Azərbaycanın yeganə yolu işğal olunmuş ərazilərin azad olunması üçün hərbi əməliyyata  başlamaqdır.

-  Azərbaycan İtaliyadan M346 təyyarələri alacaq. Bu təyyarələrin üstünlüyü nədir?

- Azərbaycan NATO dövləti olan İtaliyadan döyüş təlim təyyarəsinin alınması ilə razılaşma əldə edib və o təyyarələr bir neçə müddətdən sonra Azərbaycan Silahlı Qüvvələrinin tabeliyində olacaq. Təyyarənin çəkisi ağır deyil, 1300 kq-dır.  Bundan başqa, təyyarə havada yanacaqdoldurma imkanına, asqılara malikdir. İki pilot təyyarəni idarə edir. Qorunma, antiradar sistemləri də var. Aşağı hündürlükdən uçma, döyüşdə istifadə olunma qabiliyyəti var. Pilotlar yaxşı bilirlər ki, təyyarə aşağı hündürlükdə uçanda radiolakasiya sistemləri onu görə bilmir və belə olan təqdirdə, həmin təyyarə lazımi döyüş tapşırığını yerinə yetirə bilir. Bu baxımdan Azərbaycan çox vacib bir addım ataraq, həmin təyyarənin ölkəyə gətirilməsi ilə bağlı İtaliyanın “Rianadar” şirkəti ilə razılaşma əldə edib. Bütün siyasi təzyiqlərə baxmayaraq, Avropada bu səviyyədə satınalmanın həyata keçirilməsi Azərbaycan üçün çox ciddi siyasi iradə nümayişi idi. Bu, Azərbaycan ordusunda gələcəkdə müasir qərb texnologiyası ilə istehsal olunan döyüş aviasiaya təyyarələrinin istifadəsi deməkdir. İtaliya istehsalı olan bu təyyarəni öyrənən pilotlar rahatlıqla digər müasir təyyarələrdən də istifadə edə biləcəklər. Azərbaycanın NATO ölkəsindən təyyarə alması, gələcəkdə Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşmasını təmin edir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR