Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycanın ən bahalı avtomobilləri

Azərbaycanın ən bahalı avtomobilləri
Sakura

Azərbaycanın ən bahalı avtomobilləri

Avtomobil almaq istəyən şəxs əvvəlcə öz cibinə uyğun bir model seçir və həmin avtomobili alır. Sürdüyü maşından asılı olmayaraq hər kəsin ağılında bir məsələ var. Bahalı və daha müassir və komfortlu avtomobilə sahib olmaq.

"Ölkə.Az" xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Amma bir çox insanda bu elə arzu olaraq qalır. Hazırda Bazarda və avtosalonlarda dodaquçuqladacaq qiymətlərə maşınlar var. Belə olan halda son model olsa belə, həmin avtomobillərin böyük əksəriyyəti yalnız vitrinləri bəzəyir.

Elməddin Muradlı – Ekspert: “Tələbat fərqlidir. Ümumi yanaşma sadəcə qiymətlərin uyğun olmasından irəli gəlir ki, bunu qənaət etmək istəyən də ala bilsin, imkanı çatan da, mühərrikin gücü daha çox olan avtomobil istəyən də ala bilsin”.

Marka dillerləri hesab edir ki, bir neçə illik durğunluqdan sonra, son aylarda yeni və və bahalı avtomaşınlara tələbat artmaqdadır. Hazırda Azərbaycan bazarında 150 min avrodan  500-600 min avroya kimi qiyməti olan avtomobillər satılır.

Avtomobil sallonlarında modelindən və markasından asılı olmayaraq daha çox maraq “ofroad” yəni yolsuzluq avtomobillərinədir. Eyni zamanda biznes və ekonom siniflərindən olan sedanlara da maraq fikayət qədərdir.

Avtomobilləri baha edən bir neçə səbəb var ki, bunların da içərisində daha çox interyer və eksteryer gəlir. Bahalı materiallardan istifadə, eləcə də təhlükəsizliklə bağlı ən son yeniliklərin tətbiqi yeni avtomobillərin qiymətini daha baha edir. Azərbaycanda isə, bəzi rüsumların tətbiqi bu maşınların satış qiymətinə öz mənfi təsirini göstərən amillərdəndir.

Elməddin Muradlı – Ekspert: “20 minə maşın alırsan gəlir çıxır 50 minə. Köhnə avtomobilini satıb o maşını ala bilsinlər deyə, ən azı onun 3 dəfə çox dəyərini ödəməlidir”.

Hazırda Azərbaycan bazarında daha çox ikinci əl və buraxılış ili 15-20 il olan maşınlara təlabat var. Bu isə maşın parkının yenilənməsinə mənfi təsir edir. Mütəxəssislərin fikrincə bunun üçün ölkəyə idxal olunan istənilən model və tipdə olan nəqliyyat vasitələrinə tətbiq edilən rüsumlar azaldılmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR