Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın əməkdar artistinin ABŞ-dakı uğuru

Azərbaycanın əməkdar artistinin ABŞ-dakı uğuru
Sakura

Azərbaycanın əməkdar artistinin ABŞ-dakı uğuru

Bütün gəncliyini milli rəqsimizə həsr edib. Çox tədbirlərə öz məharəti ilə rəng qatıb. Respublikanın əməkdar artisti fəxri adına layiq görülüb. Sonda taleyinə qürbətdə yaşamaq payı düşüb.

Minbir əziyyətə qatlaşıb, hər şeyi yenidən başlayıb və nəhayət ki, ayağa qalxa bilib, uğurlara imza atıb. Bu gün Kaliforniya ştatının Los Anceles şəhərində şəxsi mülkiyyət üzrə supervayzer vəzifəsində çalışır. Tabeliyində 14 menecer işləyir, 36 binanaya nəzarət ona tapşırılıb. Bu binalarda 1500-ə yaxın ailə yaşayır.

Haqqında söhbət açdığım Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb.

Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib. 1977-ci ildə Leyla Vəkilovanın təkidi ilə yenidən işlədiyi ansambla qayıdıb, 1995-ci ilədək orada çalışıb. Arada iki il əsgəri xidmətini keçib. Eyni zamanda, 1991-1995-ci illərdə Rəşid Behbudov adına mahnı teatrının rəqs qrupuna rəhbərlik edib. 1986-cı ildə əməkdar artist fəxri adına layiq görülüb.

1982-1995-ci illərdə elə bir dövlət konserti olmayıb ki, Namus Zöhrabov orada çıxış etməsin. 1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsinin tələbəsi olub. 1995-ci ildə təhsilini yarımçıq qoyaraq ABŞ-a gəlib.

1996-cı ildə "Green card" adlanan lotereya vasitəsi ilə Amerikada yaşamaq hüququ qazanıb. Bir il kompyüter kurslarına gedib, iki il Kaliforniyadakı WEST LA kollecində təhsil alaraq daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib.

Üç ovlad böyüdüb- böyük oğlu Rüfətin 39, qızı Rəqsanənin 23, kiçik oğlu Nadirin isə 19 yaşları var.

Ömür-gün yoldaşı Olqa Zöhrabova Bakı ruslarındandır. 1986-1991-ci illərdə Krosnadar İncəsənət Akademiyasında təhsil alıb. O da həyat yoldaşı kimi Azərbaycan Dövlət Rəqs Ansamblında çalışıb.

2003-2010-cu illərdə ölkəmizin Los Ancelesdəki konsulluğunun keçirdiyi bütün bayram tədbirlərində milli rəqslərimizlə çıxış edib.

2002-2010-cu illərdə həmçinin milli rəqsimiz vasitəsi ilə ABŞ-da "Rəqs terapiyası" adlanan müalicə kurslarını da aparıb. Burada o, rəqs vasitəsi ilə sümük xəstəliklərindən əziyyət çəkən insanların müalicəsilə məşğul olub.

İldə iki dəfə səyahətə çıxır. Bir sıra Avropa ölkələrini gəzib.

Biz onunla danışanda telefonları susmaq bilmirdi. İşi ilə bağlı zənglər o qədər çox idi ki,- "Ölməyə belə vaxtım yoxdur"- deyə zarafat da etdi.

Deyir ki, "Doğrudur, musiqi və rəqs mənsub olduğu ölkəni təmsil edə bilir. Amma rəqs daha irəlidədir. Çünki əcnəbilər musiqimizi dinləyərkən hörmət xatirinə məmnun qaldıqlarını göstərsələr də, onu anlamaqda çətinlik çəkə bilərlər. Rəqs isə izaha ehtiyacı olmayan sənətdir. Bir xalqın mədəni dəyərlərini hərəkətlər vasitəsi ilə ifadə edə bilir".

 

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR