1. MEDİA

Azərbaycanın elan saytlarında Ermənistan avtomobil markası (fotofakt)

Azərbaycanın elan saytlarında Ermənistan avtomobil markası (fotofakt)

Azərbaycanın elan saytlarında Ermənistan avtomobil markası (fotofakt)

Ens.az saytına Masin.az saytından verilən məlumata əsasən bildiririk ki, Azərbaycanın elan saytlarında Ermənistanın avtomobil zavodunun markasını əlavə etmək seçimi mövcuddur. Bu fakt sayt üçün model marka bazası hazırlanarkən aşkar edilib. Bundan sonra araşdırma nəticəsində bu seçimin Azərbaycanın bir neçə avtomobil elanları və ehtiyat hissələri saytında mövcud olduğu məlum olub. Bu marka ErAZ markasıdır ki, Ermənistan avtomobil zavodunun istehsalıdır. Hazırda fəaliyyət göstərməsə də, bir neçə marka istehsal edilib. 

Bəzi saytlarda ErAZ, bəzilərində isə Yeraz olaraq qeyd edilib və 762 modeli ilə elan əlavə etmək seçimi mövcuddur. Ümid edirik, elan saytlarının rəhbərləri bu faktdan sonra saytlarında düzəlişlər edəcəklər. 

Qeyd edək ki, Masin.az saytı tezliklə fəaliyyətinə başlayacaq. Bu saytda avtomobil sahəsini tam əhatə edən elanlar, xidmətlər, maraqlı məqalələr, avtomobil sahəsinə aid son xəbərlər yerləşdiriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR