Dərc edildi: Baxış sayı: 530
Azərbaycanın daha bir paraüzgüçüsü dünya çempionatında medal qazandı
Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Vəli İsrafilov dünya çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən yarışların beşinci günündə idmançımız brass üsulu ilə yarışıb.
O, 100 metr məsafəni 1:06.01 dəqiqəyə qət edərək yarışın üçüncüsü olub və bürünc medal qazanıb. Beləliklə, 17 yaşlı idmançımız lisenziya xalları toplayaraq XVI Yay Paralimpiya Oyunlarına qatılma şanslarını artırıb. Bununla da Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandası dünya çempionatında qazandığı medalların sayını üçə çatdırıb.
Xatırladaq ki, bundan əvvəl eyni yarışda milli komandamızın digər üzvü Roman Saley çıxış edib. O, belüstü yarışlarda II yeri qazanaraq Tokio Paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsul ilə yarışda isə III yer qazanaraq çempionatın ikinci medalını təmin edib.
Səbuhi Musayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət