Slimfit
  1. İDMAN

Azərbaycanın daha bir idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb

Azərbaycanın daha bir idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb
Sakura

Azərbaycanın daha bir idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb

Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Bu barədə “Report”a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli məlumat verib.

O, bildirib ki, Rafael Məmmədov özü dopinqdən istifadə etməsi ilə bağlı quruma müraciət edib: “Rafael Məmmədov əvvəllər peşəkar səviyyədə hansısa idman növü ilə məşğul olub. Sonra həmin idmanı atıb və başqa işlə məşğul olduğu vaxt trenajor zalına gedib. Trenajor zalında çalışanda bir ay dopinq qəbul edib. İndi isə gəlib bunu etiraf edib və cəzasını başa vurandan sonra peşəkar idmana qayıtmaq istədiyini bildirib. Bu, dünya idmanında nadir hallarda baş verən hadisədir”.

Qərarə əsasən, orqanizmində xlorometiltestosteron (turinabol) maddəsi aşkarlanan R.Məmmədov 12 ay müddətinə diskvalifikasiya olunub. Cəza 16 yanvar 2018-ci il tarixindən qüvvəyə minib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR