Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti yanvar-iyunda 6,1 faiz bəndi azalıb

Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti yanvar-iyunda 6,1 faiz bəndi azalıb
Sakura

Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti yanvar-iyunda 6,1 faiz bəndi azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 3%-ni və ya 598,2 mln. ABŞ dolları təşkil edib.

Ens.az xəbər verirki,Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrünün yekunlarına əsasən, ölkənin cari əməliyyatlar hesabının profisiti 13,7%-ə bərabər olub. Göründüyü kimi, Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti bir ildə 10,7 faiz bəndi azalıb.

Qeyd edək ki, 2019-cu ilin yekunlarına görə, sözügedən göstərici 9,1%-ə bərabər idi. Buna əsasən, təkcə yanvar-iyun aylarında tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ÜDM-ə nisbəti 6,1 faiz bəndi azalıb.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında verilən proqnoza əsasən, 2021-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 3,1% və ya 1 377,2 mln. ABŞ dolları təşkil edəcək. 2022-ci ildə cari əməliyyatlar hesabının defisitinin ÜDM-in 1,1% səviyyəsində gözlənilsə də, 2023 və 2024-cü illərdə bu göstəricin profisitə dəyişərək ÜDM-in 1,4%-ni və 2,3%-ni təşkil edəcəyi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR