Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın büdcə qaydasının əsas göstəriciləri hədəfləri ötən il aşmayıb

Azərbaycanın büdcə qaydasının əsas göstəriciləri hədəfləri ötən il aşmayıb
Sakura

Azərbaycanın büdcə qaydasının əsas göstəriciləri hədəfləri ötən il aşmayıb

2022-ci ildə Azərbaycanın büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri aşmayıb.

“Report” xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilib.

Sənədə əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,4 % və yaxud hədəf göstəricidən 5,1 % bənd az, dövlət borcunun ÜDM-ə nisbəti isə 11,6 % və yaxud hədəf göstəricidən 8,4 % bənd az olub.

İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəf göstəricidən az olması bir sıra səbəblərlə bağlıdır. Belə ki, icra məlumatlarına əsasən, 2022-ci il üzrə qeyri-neft ÜDM-in nominal həcmi 2022-ci il üçün dövlət və icmal büdcələrinin tərtibi və yenidən baxılması zamanı (2022-ci ilin iyun ayında) İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara nəzərən xeyli yuxarı olub, icmal büdcənin qeyri-neft gəlirləri isə proqnoz göstərici ilə müqayisədə əhəmiyyətli artımla icra edilib. ÜDM-in artımı və il ərzində xarici dövlət borcunun həcminin azaldılması dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin də hədəf daxilində olmasını təmin edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR