Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın bu qəsəbəsində etnopark yaradıldı

Azərbaycanın bu qəsəbəsində etnopark yaradıldı
Sakura

Bunlardan biri 3 hektar ərazidə, 300-dən cox fındəq və digər meymə ağaclarının əhatəsində olan qədim…

Qafqaz Albaniyası tarixinin mədəni irsinin canlı təsvirini qurmaq nə qədər çətin olsa da, artıq öz reallığını tapıb. Qəbələ rayonunun Nic kəndində həyata keçirilən maraqlı layihə ilə sizi tanış edirik.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Nic kəndi təbiəti və coğrafi məkanına görə koloritli bir məkandır. Burada XVII əsrdən üzü bu yana tarixin izlərini özündə ehtiva edən maraqlı yaşayış məkanları var. Bunlardan biri 3 hektar ərazidə, 300-dən cox fındəq və digər meymə ağaclarının əhatəsində olan qədim mülkdür. Mülkün sahibi vaxtı ilə udin xalqının dini rəhbəri olub. Muzeyin giriş qapısı udin xalqına məxsus bir tarixi eksponatdır. Həyətyanı ərazidə o dövr üçün xas olan kənd təsərrüfatı fəaliyyətinin elemetləri qorunub saxlanılıb və yenidən bərpa edilib. Əsas yaşayış evi isə etnomuzeyə cevrilib. Azərbaycan udi ocağı" etnoqrafik parkı yaradan rəssam və memar Şahvələd Məmmədov Azərbaycanda yaşayan xalqların birgə yaşayış düzəni ilə mədəni və tarixi birliyini bu günümüzün standartları çərçivəsində həyata keçirməyə və təqdim etməyə çalışdını söylədi. "Azərbaycan Alban-Udi Xristian İcması"nın sədri, tanınmış elm xadimi Robert Mobili yeni yaradılan "Azərbaycan Udi ocağı" entnoqradik parkın ölkəmizdə multukultiralizmin min illərdir necə qorunub saxlanılmasının, xalqların milli dəyərlərinə hörmətin əyanı nümunəsi olduğunu bildirdi.

Kənddə yaşayan bütün yerli sakinlər parkın zəngin olmasında yaxından iştirak edib. Artıq bura tarıx dərslərinin əyanı parkı hecab olunur. Robert Mobili etnoparkın Nic qəsəbəsinin turizm potensialına əhəmiyyətli dərəcədə təsir göstərəcəyini söylədi. Etnoqrafik parkın rəsmi istifadəyə verilməsi günündə Azərbaycanın tanınmış elm və incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların rəhbərləri iştirak edib. Rəsmi hissədən sonra etnoparka baxış keçirilib və udi xalqının toy adətlərinə uyğun olan toy keçirilib. Bəy və gəlin ağsaqqallardan xeyir-dua alıb və dini ocaq başında şam yandırıblar.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR