Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın Böyük Britaniyadakı səfiri: "Mxitaryan, sən nə istəyirsən?"

Azərbaycanın Böyük Britaniyadakı səfiri: "Mxitaryan, sən nə istəyirsən?"
Sakura

Azərbaycanın Böyük Britaniyadakı səfiri: "Mxitaryan, sən nə istəyirsən?"

Rəsmi Bakı növbəti dəfə Londonun Arsenal klubunun futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməsi üçün təhlükəsizliyinə zəmanət verib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sports”a müsahibəsində bu faktı bir daha təkrarlayıb: “Mxitaryan təhlükəsizliyinə təminat almaq üçün şəxsən mənimlə əlaqə saxlaya bilər. Əgər Henrix mənimlə danışsaydı, buna şad olardım. Avropa Liqasının finalı A səviyyəli tədbirlər sırasındadır. Bizim məqsədimiz bu matç ətrafında siyasi oyun oynamaqdırsa, bu, başqa məsələ. Amma Mxitaryana pulu siyasətçi deyil, futbolçu olduğuna görə ödəyirlər. Ona görə də gəlin, digər məsələləri kənara qoyaq”.

Səfir Tahir Tağızadənin sözlərinə görə, Henrix Mxitaryanın problemi odur ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altındakı bölgələrinə qanunsuz səfər edib: “Buna görə də onun adı hokumətin qara siyahısına düşüb. Amma buna baxmayaraq, Mxitaryanın təhlükəsizliyinə zəmanət verilib”.

Daha sonra səfir belə bir sual verib: “Həqiqətdə axı Mxitaryan nə istəyir? Mənim ona mesajım belə olacaq: sən futbolçusan və futbol oynamaq istəyirsən? Onda Bakıya gəl, sən təhlükəsizlikdə olacaqsan. Amma əgər sən bu məsələ ətrafında oynamaq istəyirsənsə, bu ayrı mövzudur. Mən təminat verirəm ki, Azərbaycan hakimiyyəti bu matça gələn hər bir azarkeş və komanda üzvünün təhlükəsizliyini qoruyacaq”.

Xatırladaq ki, bir müddət öncə Britaniya mətbuatı təhlükəsizlik məsələrinə görə Arsenal-ın Henrix Mxitaryanı Bakıya gətirməyəcəyini yazıb. Klub özü isə futbolçunun təhlükəsizliyinə təminat almaq üçün UEFA ilə danışıqların davam etdiyini bildirib. Klubun gün ərzində qərarını açıqlayacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR