Slimfit
  1. SİYASƏT

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: “Ermənistanın hərəkətləri siyasi ikiüzlülükdən başqa bir şey deyil”

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: “Ermənistanın hərəkətləri siyasi ikiüzlülükdən başqa bir şey deyil”
Sakura

“Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq üçün aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev deyib.

Azərbaycanın BMT-dəki nümayəndəsi əlavə edib ki, təxminən 30 il ərzində məhz Ermənistan BMT-nin 1993-cü ildə qəbul etdiyi müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin bir sıra bəyanatlarına məhəl qoymayıb, öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını təmin etməyib.

“Bu kontekstdə Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülüyün təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün bir neçə ay davam edən kampaniyanın bir hissəsidir” – deyə Yaşar Əliyev vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR