Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın Belarusa göndərdiyi neft Odessa limanına gətiriləcək

Azərbaycanın Belarusa göndərdiyi neft Odessa limanına gətiriləcək
Sakura

Azərbaycanın Belarusa göndərdiyi neft Odessa limanına gətiriləcək

Belarusa çatacaq 94 min ton Azərbaycan neftini daşıyan tanker sentyabrın 24-də Ukraynanın Odessa şəhərinin limanına gələcək.

Ens.az Report.Az-a istinadən xəbər verir ki, bu barədə Belarusun “Belneftekhim” dövlət şirkətindən mətbuata bildiriblər.

Bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixində Türkiyənin Ceyhan limanından 93-94 ton neft yükünü Belarusa yola salacaqlarını bildirmişdi.

Bu ilin mart-aprel aylarında isə “SOCAR Trading” törəmə şirkəti tərəfindən Odessa limanı və Odessa-Brodı neft boru kəməri vasitəsilə Belarusa dörd dəfəyə 335 min tonadək neft göndərilib. Belarus tərəfinin məlumatına görə, bütövlükdə il ərzində Azərbaycandan 1 milyon tonadək neft ala bilərlər.

Qeyd edək ki, bu il Rusiya ilə neft idxalı məsələsində razılaşa bilməyən Belarus Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç və ABŞ neftini də idxal edir.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR