Azərbaycanın bank sektorunun xalis mənfəəti 3 dəfəyə yaxın azalıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 49,2 milyon manat xalis mənfəət əldə edib.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,2% və yaxud təxminən 2,9 dəfə azdır.
2 ay ərzində bankların faiz gəlirləri 319,3 milyon manat (illik müqayisədə 11,25% çox), faiz xərcləri 96,3 milyon manat (4,75% az), qeyri-faiz gəlirləri 99,2 milyon manat (40,3% çox), qeyri-faiz xərcləri isə 164,2 milyon manat (14,9% çox), aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 99,7 milyon manat (1 il əvvəl qənaət ediblər), digər gəlirləri 2,1 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 11,2 milyon manat (2,7 dəfə çox) təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət