Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycanın avtomobil parkı təhlükəli maşınlarla genişləndirilir

Azərbaycanın avtomobil parkı təhlükəli maşınlarla genişləndirilir
Sakura

Azərbaycanın avtomobil parkı təhlükəli maşınlarla genişləndirilir

Son illər Azərbaycanın avtomobil parkı suda batmış və ağır qəzalarda iştirak etmiş avtomobillərlə "zənginləşir". Buna səbəb əsasən Amerika və bir sıra Avropa ölkələrindən gətirilən belə avtomobillərin 30 %, hətta bəzən 40 %-ə qədər daha ucuz başa gəlməsidir. Amma mütəxəssislər xəbərdarlıq edir ki, belə maşınlar sonradan daha çox xərc tələb edir və hətta qəzalara səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, təbii fəlakətlərin nəticəsində ziyan görmüş, suda batmış və ağır qəzalarda iştirak etmiş avtomobillər Azərbaycana gətirilir.

İstehsal edildikləri ölkədə ömrünü bitirmiş belə avtomobillər Qafqazda ikinci həyatlarını yaşayır. Belə maşınların qiyməti hətta bəzən 40 %-ə qədər ucuz olduğundan son zamanlar ölkəmizə bu maşınların gətirilməsinə maraq artıb. Bu maşınlar əsasən Amerika və Yaponiya kimi ölkələrdə istehsal olunsa da, ölkəmizə adətən Gürcüstan bazarından alınaraq gətirilir.

Avtomobil ustaları belə maşınların hər keçən gün artdığını bildirir. Əksər maşınların böyük nasazlıqları üzə çıxdığından sürücü təmirə daha çox pul xərcləyir. Belə nasazlıqlar isə hətta ağır qəzalara da səbəb olur.

Belə hallarla qarşılaşmamaq üçün avtomobildən yaxşı anlayışı olan şəxslərlə Gürcüstan bazarına getmək və ya ümumiyyətlə, avtomobilləri birbaşa istehsal edildiyi ölkədən almaq tövsiyə edilir. Belə olan zaman sürücüyə bütün qüsurlarla bağlı tam məlumat verilir.

Qeyd edək ki, Amerika və Avropada qəzalı maşınların ixracı bir növ utilizasiya proqramı kimi nəzərdə tutulduğundan alıcıdan heç bir vergi alınmır və ya bu rəqəm çox cuzi olur. Bu ölkələrdən tam işlək maşının alınması isə çox baha başa gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR