“Azərbaycanın 2020-ci ildə 4 futbol yarışına ev sahibliyi etmək üçün hər cür şəraiti var” — Millət vəkili
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, bu dəfə də Azərbaycan üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirdi və beynəlxalq səviyyəli, bütün dünyanın gözü olan bu yarış yüksək səviyyədə başa çatdı.
“Bildiyiniz kimi ingilis azarkeşlər dünyada öz çılğınlıqları ilə tanınan azarkeşlər olduğundan bəzən xoşagəlməz hallar yaşanır. Ancaq onlar Bakıda özlərini çox sakit apardılar və hər hansı xoşagəlməz hal yaşanmadı. Oyun yüksək səviyyədə təşkil olundu. Azarkeşlər və idmançılar stadiona rahat şəkildə gəlib rahat şəkildə də geri döndülər. Təşkilatçılar tərəfindən onların mənzil başına çatması üçün bütün lazımi tədbirlər görülmüşdü. Oyun keçirlməzdən öncə, oyun zamanı və sonra ictimai asayiş və təhlükəsizlik çox yüksək səviyədə təşkil edilmişdi. Buna görə hüquq-mühafizə orqanlarına, polisə və təşkilatçılara minnətdarlıq edirik”, - N. Həmzəyev bildirib.
O, əlavə edib ki, yarış bir idman bayaramına bənzəyirdi və belə bir ruhda da keçirildi:
“Düzdür, yarışdan öncə bir qarayaxma kampaniyası həyata keçirildi. Ancaq onların bu niyyəti puça çıxdı və hər hansı xoşagəlməzlik baş vermədi. Odur ki, bu Azərbaycanın uğurudur. Bu oyun Azərbaycanın 2020-ci ildə keçiriləcək 4 futbol yarışına ev sahibliyi etməyə hazır və qadir olduğunu göstərdi. Bunun üçün hər cür şərait var”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət