Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanı ermənilərə satan Abbasov kimdir? - Dosye

Azərbaycanı ermənilərə satan Abbasov kimdir? - Dosye
Sakura

Azərbaycanı ermənilərə satan Abbasov kimdir? - Dosye

Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri separatçı Fəxrəddin Abbasov (Aboszadə) nəhayət ki, Rusiyada həbs edilib.

Axar.az xatırladır ki, Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Lerik rayonunun Bılabənd kəndində anadan olub.

O, 1993-cü ildən Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. F.Abbasov Azərbaycana düşmən kəsilən, bir zamanlar ölkəmizi bölməyə və “Talış-Muğan Respublikası” yaratmağa çalışan Əlikram Hümbətov tərəfindən qondarma qurumun “parlamentinin spikeri” təyin edilib. Vətənə xəyanəti üz çıxandan sonra Rusiyaya qaçan F.Abbasov uzun müddət Azərbaycan dövlətçiliyi əleyhinə təxribat xarakterli çıxışlar edib.

Həmin çıxış və addımlar bu günə qədər davam etməkdə idi. Abbasov tez-tez İrəvana gedir və xüsusən Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfər edirdi. O, ermənilərə məxsus mətbuat orqanlarında Azərbaycana qarşı çıxışlar səsləndirib. Dəfələrlə İrəvanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbaszadə Azərbaycan hakimiyyətini, müxalifəti, medianı müxtəlif cinayətlərdə ittiham edərək, düşmənin maraqlarına uyğun addımlar atıb və ölkəmizə qara yaxmaqla məşğul olub. Bundan başqa onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi də bildirilir.

Separatçı xain 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib, uzun müddət elmi kommunizm, daha sonra politologiya fənnini tədris edib. Hətta 2005-ci ildəki parlament seçkiləri ərəfəsində Azərbaycana gəlib, öz namizədliyini irəli sürsə də, millət vəkili seçilə bilməyib. Həmin vaxt Azərbaycan əleyhinə apardığı təbliğata və qanunsuz fəaliyyətə baxmayaraq, onun sərbəst olaraq ölkəyə gəlməsinə zəmin yaradılıb. Bu faktları göz önündə tutanda, F.Abbasovun talışların hüquqlarının tapdalanması haqqında səsləndirdiyi fikirlərin yalan, düşmən qüvvələr tərəfindən hazırlanmış təxribat xarakterləri iddialar olduğu üzə çıxır.

Görünür, onun necə təhlükəli və çörək yediyi qaba tüpürən nadan olduğunu Rusiya tərəfi də anlayıb. Belə ki, separatçı 2014-cü ildə müraciət etsə də, ona Rusiya vətəndaşlığı verilməyib.

Daim tolerant dəyərlərin mövcud olduğu Azərbaycanda nəinki talışlar, hətta Bakı erməniləri də mehriban dostluq prinsipləri əsasında rahat, azad yaşayırlar. Talışların Azərbaycan dövlətini necə sevdiyini təkcə Qarabağ münaqişəsində onların göstərdiyi şücaətə baxaraq anlamaq olar. Təbii, qaniçən Ermənistan rejiminin qucağında oturan bu nadan separatçı – Fəxrəddin Abbasov heç bir halda doğma talış xalqının nümayəndəsi ola bilməz. O, daim öz üzərində “erməni maşası” damğası ilə yaşayacaq. Əgər bu ləkə ilə həyatda qalmağa yaşamaq demək olarsa...

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib. Moskva vilayətinin Lüberets şəhər məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs-qətimkan tədbiri seçib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR