Azərbaycanı Almaniyada o təmsil edir
26-28 sentyabr tarixində Almaniyanın Görlitz şəhərində keçirilən Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda Azərbaycan Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, 2018-ci ilin Beynəlxalq Məşvərət Forumunda əsas müzakirələr “Avropa Şurasının mədəni dəyərləri, mədəni irs sahələri və vətəndaşları birləşdirən mədəni marşrutlar üzrə strategiya və birgə fəaliyyət” adı altında aparılır.
Tədbirin açılışında Görlitz şəhərinin meri Slegfried Deinege çıxış edərək mədəni marşrutların inkişafı nəticəsində mədəniyyət mübadiləsi, xalqlar arasında dialoqun genişləndirilməsi prosesinin daha da sürətləndiyini qeyd edib və bu ilki Forumun məhz rəhbərlik etdiyi şəhərdə keçirildiyi üçün məmnunluğunu bildirib.
Xatırladırıq ki, Forumun ikinci günündə nümayəndəmiz tərəfindən Azərbaycanın Avropa Şurası çərçivəsində növbəti mədəni marşruta daxil edilməsi və layihənin işlənib hazırlanması ilə bağlı müzakirələr aparılacaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət