Azərbaycandan tibbi maskanın çıxarılmasına qoyulan məhdudiyyət uzadıldı
“Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarının 3-cü hissəsində “mayın 1-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət