Slimfit
  1. CƏMİYYƏT

Azərbaycandan qaçdığı deyilən məmur danışdı: “Gedib Livanda, ya Suriyada yaşamalıyam?”

Azərbaycandan qaçdığı deyilən məmur danışdı: “Gedib Livanda, ya Suriyada yaşamalıyam?”
Sakura

Azərbaycandan qaçdığı deyilən məmur danışdı: “Gedib Livanda, ya Suriyada yaşamalıyam?”

Bir neçə gün əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovun ölkədən qaçması ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az-ın əməkdaşı məsələnin mahiyyətini öyrənmək üçün X.Rüstəmovla əlaqə saxlayıb.

X.Rüstəmovun sözlərinə görə, o, hazırda Azərbaycandadır:

“Sumqayıtdakı evimdəyəm. İndi Bakıya müalicə olunmaq üçün gedib, evimə qayıdacağam. Səhhətimdə yaranan problemlə bağlı öz ərizəmlə işdən çıxmaq üçün müraciət etmişəm.

Bilirsiniz ki, nəqliyyat ağır sahədir və sürücülərlə işləmək çətindir. Uzun müddət nəqliyyatda işlədiyim üçün əsəb xəstəliyi yaranıb. Artıq 60 yaşı keçmişəm. Cavan vaxtım deyil ki, nəqliyyatda işləyəm. Mən 41 ildir dövlətə xidmət etmişəm. İstədim ki, müalicə olunam və işimi dəyişəm”.

Keçmir məmur bildirib ki, heç bir ölkəyə qaçmayıb:

“Dövlətə nə xəyanət etmişəm ki, qaçam? Hara gedirəm? Ölkəni nəyə görə tərk etməliyəm? Hansı yüksək vəzifə tuturam ki, bu ölkədən qaçam? Gedib Livanda, ya Suriyada yaşamalıyam?

Gözəl inkişaf edən ölkəmiz var. Azad sözümüzü deyə bilirik, hara gedirik, işləyə bilirik. Bu iş olmayacaq, imkan olarsa, başqa iş yerində işləyəcəyəm və dövlətin qulluğunda duracağam”.

X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplaması iddiasına da cavab verib:

“Mən vergi toplayanam? İndi pul işləyir ki, əl pula dəyə və vergi köçürə? Mən elə şeylərlə məşğul olmuram”.

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR