Dərc edildi: Baxış sayı: 325
Azərbaycandan İrana xəbərdarlıq: Konkret addımlar atılacaq
İran Ordusunun Quru Qoşunlarının komandanı Kiomərs Heydəri Azərbaycana münasibətdə böhtan xarakterli fikirlər səsləndirilib. K.Heydəri Azərbaycanda guya sionist qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularının istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir.
Bu sərsəm açıqlamaya Azərbaycan Müdafiə Nazirliyi cavab verərək bildirib ki, Azərbaycanda sionist qüvvələrin olması və 44 günlük müharibədə Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etməsi çirkin iftira və böhtandır. Generalın "İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcək" fikrinə cavab olaraq isə nazirlik bildirib ki, İrəvan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlasa da, İran bir dəfə də olsun Ermənistana qarşı ittihamedici açıqlamalar verməyib. Nazirlik bəyanatda İranı terrorizmi dəstəkləyən dövlət adlandırıb.
Ens.Az-ın məlumatına əsasən,Hərbi ekspert Üzeyir Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığı Tehran üçün ciddi bir siqnal olmalıdır:
"İran unutmamalıdır ki, Azərbaycanın müttəfiqləri - Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı Bakının yanındadır. İran bir sıra hallarda həddini aşan bəyanatlar verir. İran Quru Qoşunları komandanının son bəyanatı da həmin tendensiyanın davamıdır.
İran heç bir əsas, dəlil olmadan Azərbaycanı müxtəlif cinayətlərdə suçlayır. Yaxşı olar ki, onlar daxili problemlərini həll etsin. İranla bağlı böyük güclərin planları mövcuddur. 2023-cü ildə onlar tərəfindən mütləq mənada İrana qarşı müəyyən addımlar atılacaq. Tehran bu barədə düşünməlidir. Bunun əvəzində, heç bir əsas gətirmədən Azərbaycanı yersiz yerə ittiham edir. Azərbaycan Ordusu öz gücünə torpaqları işğaldan azad edib. İran isə bu zaman bəzi addımları ilə müəyyən problemlər yaratmağa çalışıb.
İranı daha çox qıcıqlandıran Azərbaycan-İsrail münasibətləridir. Bakı ilə Təl-Əviv arasında münasibətlər üçüncü dövlətə qarşı çevrilmədən artan xətt üzrə gedəcək. İran bunu başa düşməlidir. Tehran Quranı təhqir edən Ermənsitanla qardaşlaşır. Bu ürəyimizdən olan vəziyyət olmasa da, ona da sakit yanaşırıq. İran tərəfindən səslənən belə bəyanatların heç bir hüquqi və mənəvi əsası yoxdur. İran bu kimi çirkin əməllərindən əl çəkməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət