Dərc edildi: Baxış sayı: 482
Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu başlayıb - Qiymət
Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.
“Report”un əldə etdiyi məlumata görə, artıq ziyarətə getmək üçün 4 nəfər müraciət edib.
Sənədlərin qəbulu may ayına kimi davam edəcək.
Qiymətlərə gəlincə, bu il ötən ilki ilə müqayisədə (ötən il 4285 dollar) 205 dollar bahalaşma olub. Belə ki, Həcc ziyarətinə getmək istəyən şəxslər 4490 dollar ödəməli olacaqlar. Bu il zəvvarlar üçün komfortlu otellər nəzərdə tutulub.
Ötən il olduğu kimi, bu il də kvotaların sayı (ötən il 1400), təxminən, eynidir.
Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət