Slimfit
  1. CƏMİYYƏT

Azərbaycandan bu ölkəyə məhdudiyyət

Azərbaycandan bu ölkəyə məhdudiyyət
Sakura

Azərbaycandan bu ölkəyə məhdudiyyət

Almaniyanın Aşağı Saksoniya vilayətindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Ens.az-ın məlumatına əsasən,Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Axar.az-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, adıçəkilən vilayətdə blutanq xəstəliyi qeydə alınıb.

Məlumata görə, ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Almaniyanın Aşağı Saksoniya vilayətində, zonalaşma prinsipi nəzərə alınmaqla, blutanq xəstəliyi baş vermiş təsərrüfatın 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR