Slimfit
  1. SİYASƏT

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar
Sakura

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar

ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası getməzdən əvvəl hazırkı müdafiə naziri Pit Heqsetə qarşı vergi yoxlaması başladıb.

Oxu.Az-ın verdiyi məlumata görə, Pentaqon rəhbəri bu barədə özünün "X" sosial şəbəkə hesabından bildirib.

"Əlbəttə ki, Baydenin gedən IRS-i (ABŞ-nin Daxili Gəlirlər Xidməti, vergi qurumu - red.) gələcək müdafiə nazirinin "auditini" keçirməyə tələsib. Tam profanasiya", - deyə o yazıb.

Heqset paylaşımını sənədin bir hissəsinin fotosu ilə müşayiət edib. Orada deyilir:

"Əziz Piter və Cennifer Heqset, biz sizin federal vergi bəyannamənizi yoxlayırıq, sizin borcunuz 33 558.16 dollar təşkil edir".

Postu ABŞ-nin Hökumətin Səmərəliyinin Artırılması İdarəsinin (DOGE) rəhbəri İlon Mask şərh edib.

"Onlar qurşaqdan aşağı zərbələri sevirlər", - deyə qurum rəhbəri qeyd edib.

Bundan əvvəl "Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən yazırdı ki, Heqsetə 2021-ci ilin yanvarında döymələri (tatu) olduğuna görə Baydenin inaqurasiyasında mühafizə xidmətində iştirak etməyə icazə verilməyib. Milli Qvardiyanın baş çavuşu Deriko Qeyterin sözlərinə görə, o, tədbirin təhlükəsizliyini təmin etməyə kömək etmək istəyən ozamankı mayor Heqset haqqında narahatedici elektron məktub alıb. Qəzetin məlumatına görə, məktubu onun keçmiş həmkarı göndərib və məktubda köynəksiz Heqsetin bisepsində "Deus Vult" yazılı döyməsi olan fotosu olub. Qeyter WSJ-yə etiraf edib ki, bu şüar hərbi nizamnaməyə uyğun olaraq "insayder təhlükəsi" kateqoriyasına aid edilib.

Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar.

Ens.Az "Report"a istinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycanın dini icmaları adından Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti kimi fəaliyyətinizin uğurlu başlaması münasibətilə səmimi təbriklərimizi çatdırmaq bizim üçün böyük imtiyaz və şərəfdir. Bu ali vəzifənizdə sizə ən xoş arzularımızı, həmçinin bu ali vəzifəni sizə etibar edən Amerika xalqına davamlı firavanlıq və rifah diləklərimizi bildiririk.

Müxtəlif dinlərə mənsub insanların tarixən sülh və harmoniya şəraitində birgə yaşayan Azərbaycanın dini liderləri olaraq, biz də bu fürsətdən istifadə edərək, sizin Birləşmiş Ştatlarda ənənəvi dəyərlərin və dini etiqad azadlığının qorunması məsələlərinə sarsılmaz sadiqliyinizə görə öz dərin minnətdarlığımızı bildiririk. Sizin din, ailə və əxlaq prinsiplərinə qəti sadiqliyiniz bütün dünyada milyonlarla insana ümid işığı tutur, yenidən mənəvi dəyərlərin və əxlaqi bütövlüyün təşviq edilməsinə xidmət edir.

Vətənimiz Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi nadir məkanlardan biridir. Biz fəxr edirik ki, dünyanın bir çox yerində islamofobiya, antixristianlıq və antisemitizm kimi etnik, dini və irqi ayrı-seçkiliyin artdığı bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər din ardıcıllarının həmişə harmoniya və firavanlıq şəraitində yaşadıqları bir nümunə kimi çıxış edir.

Azərbaycanda mədəniyyət ocaqları ilə yanaşı məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir. Dövlətimiz bütün dini icmalar üçün bərabər şərait yaradır, onların dini qurumlarını qayğı və himayə ilə dəstəkləyir, onlara mütəmadi olaraq maddi və mənəvi yardım göstərir, ölkənin ictimai həyatında fəal iştirakına təminat verir.

Müxtəlifliyin zəngin irsini qoruyub saxlayan, dini azadlıqları dəstəkləyən, qlobal dinlərarası dialoqda fəal iştirak edən Azərbaycan qlobal sülhə mühüm töhfə verir və nümunə kimi çıxış edir.

Bu dini harmoniyanın xüsusi diqqətə layiq nümunəsi əsrlər boyu təqib və ya ayrı-seçkilikdən azad bir mühitdə inkişaf edən Azərbaycanın yəhudi icmasıdır. Quba rayonundakı tarixi Qırmızı Qəsəbə müsəlman dünyasındakı ən qədim və ən böyük yəhudi icmalarından birinin məskənidir. Burada fəaliyyət göstərən sinaqoqlar, məktəblər və mədəniyyət mərkəzləri ilə bu məkan Azərbaycanın dini azadlıqlara sarsılmaz sadiqliyinin sübutudur. Bununla yanaşı, Azərbaycan hökuməti xristian və yəhudi dini qurumlarına böyük dəstək verir, onların Azərbaycanın vətəndaş və ictimai həyatında fəal iştirakını təmin edir.

Sizin Ağ Evin İnam Ofisini yaratmaq və keşiş Paula Uayt-Keyni baş məsləhətçi vəzifəsinə təyin etmək qərarınız imanı idarəçilik və ictimai həyata inteqrasiya etmək üçün güclü öhdəliyi əks etdirir. Onun dini etiqad azadlığı, humanitar hüquqlar və mənəvi dəyərlərin müdafiəsində liderliyi Azərbaycanda üstün tutduğumuz prinsiplərə uyğundur.

Biz qarşılıqlı anlaşma və ortaq dəyərləri təşviq etmək üçün Birləşmiş Ştatlardakı liderlər və təşkilatlarla əlaqə qurmağı səbirsizliklə gözləyirik. Ümidvarıq ki, sizin rəhbərliyiniz altında bütün dünyada dinə əsaslanan icmalar möhkəmlənməkdə, dini azadlıqlar qorunub saxlanmaqda davam edəcək.

Bir daha səylərinizə görə dərin minnətdarlığımızı bildiririk. Qoy, sizin prezidentlik dövrünüz hamı üçün birlik, mənəvi möhkəmlik və rifahın möhkəmləndirilməsində davamlı uğurlarla əlamətdar olsun.

Ən yüksək hörmət və xeyir-dualarla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqazın baş müftisi

Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu

Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekti

Milix Yevdayev

Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudi İcmasının rəhbəri

Robert Mobili

Alban-Udi Xristian Dini İcmasının sədri

Zamir İsayev

Bakıdakı Yəhudi Sefardi Dini İcmasının rəhbəri".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR