Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda zəlzələ ocaqları

Azərbaycanda zəlzələ ocaqları
Sakura

Azərbaycanda zəlzələ ocaqları

Zəlzələ — yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir .

Böyük Qafqazda zəlzələ ocaqları

Azərbaycan Respublikası ərazisi bütövlüklə 7 ballıq zəlzələ rayonu olmaqla yanaşı onun bir çox yerləri, o cümlədən, Abşeron yarımadası, Dağlıq Şirvan (xüsusilə Şamaxı), Şəki-Zaqatala zonası 8 ballıq zəlzələ rayonuna aid edilir. Şamaxı şəhərində daha çox dağıdıcı zəlzələlər olmuşdur. 1192-ci ildə baş verən zəlzələnin 7-8 bal gücündə olması və onun Şamaxını dağıtması haqqında tarixi məlumatlar vardır. Tezliklə bərpa olunub Azərbaycanın sənətkarlıq və ticarət mərkəzlərindən birinə çevrilən Şamaxı 1667-ci ildə olan zəlzələ zamanı yenidən dağıldı. O zamanlar 6-7 min ev olan bu şəhərdə 80 min nəfər həlak olmuşdur. Sonralar 1859-cu il mayın 31-də baş verən zəlzələ Şamaxını yenidən dağıtdı və bu vaxtdan Quberniya mərkəzi Şamaxıdan Bakıya köçürüldü. 1902-ci ilin yanvarın 31-də olan yeni zəlzələ zamanı şəhər tamamilə dağıldı. Respublikanın digər bölgələrində də müəyyən qədər dağıntılara səbəb olan zəlzələlər baş vermişdir.

Böyük Qafqazda son illərdə baş verən İsmayıllı (1981), Ağdaş (1998), Bakı (2000) zəlzələlərini göstərmək olar. Bakıda baş verən və gücü 6,0 bala yaxın olan zəlzələ zamanı insan tələfatı və dağıntının az olmasına baxmayaraq əhali xeyli sarsıldı. Binaların bundan sonra baş verə biləcək güclü zəlzələyə davam gətirməsinə inanmaq olmaz. Tikintilərdə baş verən çatlar, binaların zirzəmiləri və özüllərini qrunt sularının basması nəticəsində onların seysmik davamlılığı xeyli azalmışdır. Odur ki, eyni gücə malik olan növbəti zəlzələ daha böyük dağıntılara səbəb ola bilər. Güclü zəlzələ təbii fəlakət olmaqla yanaşı həm də arzu olunmayan ekoloji fəlakətdir.

 

Kiçik Qafqaz zəlzələ ocaqları

Kiçik Qafqazda əsas zəlzələ ocağı Gəncə şəhəri və onun cənub ətraflar sahələridir. Burada 8 ballıq zəlzələ rayonuna aid edilir. Burada əsas dağıdıcı zəlzələlər 427 və 1139-cu ildə qeydə alınmışdır. Hər iki zələzələnin gücü 9 balla qeydə alınmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR