Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda yüksək vəzifəli məmur koronavirusa yoluxub? - AÇIQLAMA

Azərbaycanda yüksək vəzifəli məmur koronavirusa yoluxub? - AÇIQLAMA
Sakura

Azərbaycanda yüksək vəzifəli məmur koronavirusa yoluxub? - AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovun koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Report-a açıqlamasında S.Məmmədovun 1 ay bundan öncəki müddətdə bir çox açılış mərasimlərində iştirak etdiyini deyib.

“Həmin açılış mərasimləri zamanı Saleh Məmmədov təqdimatlar edib və məlumatlar verib. Necə ola bilər ki, koronavirusa yoluxan bir şəxs bu cür rəsmi tədbirlərdə iştirak etsin? Saleh Məmmədovun koronavirusa yoluxması ilə bağlı xəbərlər yalandır. Burada hər hansı problemli məsələ də yoxdur. Hər bir şəxs koronavirusa yoluxa bilər”, - A.Nəcəfli bildirib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov 1 ay öncə koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR