Azərbaycanda yüksək vəzifələrə TƏYİNATLAR
Təhsil naziri Emin Əmrullayev yeni kadr təyinatları ilə bağlı əmr imzalayıb.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, əmrə əsasən, Simuzər Feyzullayeva nazirin müşaviri təyin olunub.
O, 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib. Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub. S.Feyzullayeva 2011-2018-ci illərdə “Baker&Mckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə “KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
Nazirin digər əmrinə əsasən, Nərminə Hüseynova Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub. O, daha əvvəl eyni şöbədə müdir müavini olaraq işləyirdi.
N.Hüseynova 2009-cu ildə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr , 2011-ci ildə Nottinqem Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət