Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda yük maşınında nömrə əvəzinə “Unut məni” yazıldı: araşdırma başladı

Azərbaycanda yük maşınında nömrə əvəzinə “Unut məni” yazıldı: araşdırma başladı
Sakura

Azərbaycanda yük maşınında nömrə əvəzinə “Unut məni” yazıldı: araşdırma başladı

Azərbaycanda yük maşınının magistralda yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. 

Oxu.Az xəbər verir ki, görüntülərdə yük maşının sürücüsünün dövlət nömrə nişanının üzərini bağlayan, üzərində “Unut məni” sözləri yazılan lövhə asıldığı əks olunub.

Bundan başqa, yük maşının üzərinə normadan artıq yük yığıldığı da diqqətdən yayınmayıb. Bu, digər hərəkət istifadəçiləri üçün təhlükə deməkdir.

Saatda 110 km/sürət həddi qoyulan yolda hərəkət edən yük maşını yol polisi əməkdaşlarının yanından keçsə də, ona fikir verən olmayıb.  

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məsələ ilə bağlı saytımıza açıqlama verib. O bildirib ki, məsələ araşdırılacaq:

“Videogörüntülərə baxış keçirilib. Bu faktla bağlı araşdırma aparılır. Araşdırmanın yekununda məsələyə hüquqi qiymət veriləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR