Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda yenilik: Üç vacib sənədi üzərimizdə daşımağa EHTİYAC QALMAYACAQ

Azərbaycanda yenilik: Üç vacib sənədi üzərimizdə daşımağa EHTİYAC QALMAYACAQ
Sakura

Azərbaycanda yenilik: Üç vacib sənədi üzərimizdə daşımağa EHTİYAC QALMAYACAQ

"Yenilənmiş "Mygov" rəqəmsal hökumət platformasında ailə qurmaq, valideyn olmaq və yaxın qohumun vəfatı kimi vacib həyat hadisələri ilə bağlı sənədləşmə prosesi sadələşdirilib. Nikah üçün lazımi sənədləri rəqəmsal şəkildə təqdim etmək, yeni doğulan uşaqların qeydiyyatını onlayn etmək və ailə üzvünün vəfatını qeydə almaq artıq platforma üzərindən mümkündür".

 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu fikirləri yenilənmiş "Mygov" rəqəmsal hökumət platformasının təqdimat mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov deyib.

 

O bildirib ki, "Mygov" tətbiqində 40-dan çox məlumat "Məlumatlarım" bölməsində yerləşdirilib:

 

"Bununla yanaşı, şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm şəhadətnaməsi kimi sənədlər rəqəmsal formada təqdim edilir. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR-kod və ya PDF şəklində paylaşa bilərlər. "Mygov" mobil tətbiqində paylaşılan məlumatların tarixçəsi ilə tanış olmaq və nə zaman, hansı qurum və müəssisə ilə paylaşıldığını görmək mümkündür.

 

Eyni zamanda, qurumlar tərəfindən sorğulanan fərdi məlumatların vətəndaşlar tərəfindən icazəsinin idarəedilməsi təmin olunub. Yenilənmiş versiyada təkmilləşdirilmiş axtarış sistemi, bildiriş modulu və müraciət funksiyası vasitəsilə vətəndaşlar dövlət xidmətləri ilə əlaqəni daha sürətli və şəffaf şəkildə qura bilərlər. Platformada eyni zamanda elektrikdoldurma məntəqələrinin siyahısı, kommunal abunə kodlarının dəyişdirilməsi, pensiya kalkulyatoru, yerli icra hakimiyyətlərinə vətəndaş qəbulu kimi xidmətlər aktiv edilib".

 

İRİA İdarə Heyətinin sədr müavini Şahin Əliyev isə rəqəmsal şəxsiyyət vəsiqəsi yaradılmasını zəruri edən səbəblərdən danışıb:

 

"Azərbaycanın müxtəlif yerlərində vətəndaşın şəxsiyyət vəsiqəsinin alınaraq surətinin çıxarılaraq saxlanılması fərdi məlumatların mühafizəsi baxımından ciddi risklər yaradır. Rəqəmsal şəxsiyyət vəsiqəsi ideyası elə məhz bu səbəblərdən irəli gəlib.

 

Artıq vətəndaş rəqəmsal şəkildə şəxsiyyət vəsiqəsini "Mygov" üzərindən təqdim edə, daha sonra təqdim etməklə bağlı tarixçə ilə tanış ola bilər. Bu da ona fərdi məlumatlara daha yaxşı şəkildə nəzarət etməyə imkan verir. Gələcəkdə fərdi məlumatların mühafizəsinin təmin edilməməsi ilə bağlı risklərin ötürülməsi də bu platforma vasitəsilə mümkün olacaq.

 

Bu gün artıq biz özəl sektorda və dövlət qurumları ilə rəqəmsal şəxsiyyət vəsiqəsinin tətbiqi istiqamətində ciddi işlər görürük. İlin sonuna qədər ən azı bizim tərəfdaşlıq etdiyimiz tərəflər çərçivəsində üç mindən çox nöqtədə tam şəkildə bizim birgə iştirakımızla bunun tətbiqinə nail olacağıq. Digər subyektlərdə də bunların tətbiqi mümkün olacaq. Vətəndaşlar da bu prosesdə aktiv iştirak etməlidirlər. Şəxsiyyət vəsiqəsinin fiziki olaraq istənildiyi yerlərdə rəqəmsal şəxsiyyət vəsiqəsinin qəbul olunmasını tələb etməlidirlər".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR