Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır
Sakura

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

Bu ildən Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması istiqamətində işlərə başlanılıb.

Ens.Az-ın məlumatına əsasən,bunu "Report"a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

"Bu məqsədlə biznes subyektləri ilə birgə baxış keçiririk. Yeni Məcəllə təkcə dilin sadələşdirilməsi ilə bağlı deyil. Biz həm də qanunvericiliyi bir daha təhlil edəcəyik. Hazırda Məcəllənin Yol Xəritəsini hazırlayırıq. Biznes subyektləri ilə işçi qaydada görüşlər aparırıq. Beynəlxalq təcrübəni özümüz də araşdırırıq, məsləhətçi şirkətlər də cəlb edirik. Yeni Məcəllənin nə vaxt hazır olacağını indi demək tezdir. Amma prosesə başlamışıq. Onun başa çatdırılmasını çox uzun illərə buraxmaq istəmirik. Sadəcə Məcəllənin Yol Xəritəsinin hazırlanmasını yekunlaşdırmamış onun nə vaxt hazır olacağını demək qeyri-ciddi olar", - deyə o qeyd edib.

S.Musayeva ötən il gündəmə gətirilmiş ƏDV-nin diferensiallaşdırılması məsələsinə də münasibət bildirib: "Milli Məclisdə də dəfələrlə demişik ki, diferensiallaşdırma məsələsi bir tərəfdən müsbət addım kimi görünə bilər. Amma bizdə onun alternativi var. Bu da "ƏDV geri al" layihəsidir. Biz hazırda baxırıq ki, bu istiqaməti necə stimullaşdıra bilərik. Bu layihənin inzibatçılığı daha idarəoluna biləndir və sui-istifadə hallarına imkan verməmək baxımından daha əlverişlidir. Amma yenə də inkar etmirik ki, diferensial dərəcə də ola bilər. Sadəcə bu gün gündəliyimizdə bu məsələ yoxdur. Biz onu gündəliyə gətirəndə, hansı məhsul və dərəcələr üzrə olacağına baxılacaq. Amma bir daha qeyd edim ki, biz bunu başqa bir formada, yəni "ƏDV geri al" layihəsi şəklində tətbiq edirik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR