Dərc edildi: Baxış sayı: 467
Azərbaycanda yeni sənaye məhəllələri açılacaq
Azərbaycanda yeni sənaye məhəllələrinin təşkili prosesi davam etdirilir.
“APA-Economics”in hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, artıq bununla bağlı xarici tərəfdaşlar cəlb olunub və dəyərləndirmə işləri aparılır.
“Dəyərləndirildikdən və təkliflər formalaşdıqdan sonra məlumat geniş ictimaiyyətə təqdim olunacaq”, - deyə mənbə qeyd edib.
Əlavə olaraq bildirilib ki, hazırda Çin tərəfi Azərbaycanda sənaye zonasının yaradılmasına maraq göstərir və bu istiqamətdə də dəyərləndirmə işləri aparılır.
Qeyd edək ki, ölkə üzrə sənaye zonaları Mingəçevir, Neftçala, Masallı, Hacıqabul, Sabirabad, Sumqayıt, Pirallahı, Balaxanı və Qaradağda fəaliyyət göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət