Slimfit
  1. İDMAN

Azərbaycanda yeddi idmançının medalı əlindən alındı

Azərbaycanda yeddi idmançının medalı əlindən alındı
Sakura

Azərbaycanda yeddi idmançının medalı əlindən alındı

Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələr ləğv ediləcək və müvafiq olaraq medalları geri alınacaq.

Ens.az xəbər verir ki, Azərbaycan Milli Anti-Dopinq Agentliyindən (AMADA) Oxu.Az-a verilən məlumata görə, bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmancıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir.

Ötən il beş idman növü üzrə beş yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) yeddi idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib.  Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb. 

Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.

Nəticələri ləğv edilən və medalları geri alınan idmançıların siyahısı:

•    Həsənbəy Həsənzadə (+109 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – I yer

•    Vasif Səfərov (+109 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – II yer

•    Orxan Zeynalov (-81 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – II yer

•    Vüqar Şirinov (-52 kq). 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku – I yer

•    Aliyə Müslümova (-78 kq). 2019-cu ildə keçirilmiş  cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi – II yer

•    Jalə Bayramova. 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı – I yer

•    Kamran Orucov (-63 kq). 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı – III yer.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR