Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqinə gələn il fevralın 1-dən başlanılacaq

Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqinə gələn il fevralın 1-dən başlanılacaq
Sakura

Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqinə gələn il fevralın 1-dən başlanılacaq

“Azərbaycanda aparılan iqtisadi islahatlar, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası ticarətin asanlaşdırılmasına xidmət edir”.

Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, “Yaşıl Dəhliz” buraxılış sistemi Prezident İlham Əliyevin sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir: “Bu sistem özünü idarəetməyə yol açır. Sahibkarlar gələn il fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurun görmədən, ofislərindən apara biləcəklər. Bu da şəffaflığın təmin olunması, məmur-vətəndaş münasibətlərinin minumuma endirilməsi, vaxt məhdudiyyətinin aradan qaldırılması, logistik xidmətlərə çəkilən xərclərin 0-a endirilməsi deməkdir”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR