Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yaşı 90-ı keçənlərin sayı artıb

Azərbaycanda yaşı 90-ı keçənlərin sayı artıb
Sakura

Azərbaycanda yaşı 90-ı keçənlərin sayı artıb

Azərbaycanda son illər ərzində yaşı 90 və daha çox olan şəxslərin sayı 3341 nəfər təşkil edib. Ümumilikdə, bu kateqoriyadan olan insanların sayı 39,4 faiz artıb.

Məlumata görə, 2013-cü ildə ölkədə 8479 nəfər (6303 nəfər qadın, 2176 nəfər kişi) yaşı 90 və daha yuxarı yaşda olan insan olduğu halda, 2014-cü ildə bu rəqəm 9171 (6626 nəfər qadın, 2545 nəfər kişi), 2015-ci ildə 10 171 (7092 nəfər qadın, 3079 nəfər kişi), 2016-cı ildə 10 880 (7370 nəfər qadın, 3510 nəfər kişi), 2017-ci 11 820 (7710 nəfər kişi, 4110 nəfər qadın) nəfər olub.

Ölkədəki uzunömürlülərin çoxu Yuxarı Qarabağ iqtisadi rayonunun - Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Xankəndinin payına düşür.

2013-cü ildə bu rayonların sakinlərindən 1628-i yaşı 90 və daha yuxarı olduğu halda, 2017-ci ildə bu say 2887 nəfərə çatıb.

Ötən il Bakıda 2051, Aran iqtisadi rayonunda 1663, Gəncə-Qazax iqtisadi rayonunda 1610, Naxçıvan Muxtar Respublikasında 593, Kəlbəcər-Laçın iqtisadi rayonunda 575, Şəki-Zaqatala iqtisadi rayonunda 537, Lənkəran iqtisadi rayonunda 515, Quba-Xaçmaz iqtisadi rayonunda 483, Dağlıq Şirvan iqtisadi rayonunda 472, Abşeron iqtisadi rayonunda 434 nəfər 90 və daha yuxarı yaşda olan insan qeydə alınıb.

 

Mənbə: Trend.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR