Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda xidmətə yeni qəbul olunmuş gömrükçülər təcrübə keçiblər

Azərbaycanda xidmətə yeni qəbul olunmuş gömrükçülər təcrübə keçiblər
Sakura

Azərbaycanda xidmətə yeni qəbul olunmuş gömrükçülər təcrübə keçiblər

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunan əməkdaşlar üçün təcrübə proqramı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, gənc gömrükçülərə xidməti fəaliyyətləri zamanı tələb olunan zəruri bilik və bacarıqlar öyrədilib, peşə vərdişləri aşılanıb.

Yeni əməkdaşlar üç gün müddətində Bakı Baş Gömrük İdarəsində peşəkar gömrükçülərlə birlikdə iş prosesində yaxından iştirak ediblər. Onlar iş bölgüsü, gömrükçülərin gün ərzində gördüyü cari işlər, gömrük qanunvericiliyinin tətbiqi, gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün mərhələlərlə əyani şəkildə tanış olublar.

Təcrübə müddətində Bakı Baş Gömrük İdarəsinin "Sahil" gömrük postunda gənclərə malların boşaldılması prosesində gömrük nəzarətinin təşkili, gömrük aktının tərtib olunması və digər əməliyyatların həyata keçirilməsi qaydaları öyrədilib və real iş şəraiti göstərilib.

Xidmətə yeni qəbul olunan əməkdaşların təcrübə rəhbəri, Bakı Baş Gömrük İdarəsi rəisinin müavini Zaur Bağırov bildirib ki, təcrübə proqramına "Sahil" gömrük postunun təcrübəli və peşəkar əməkdaşları cəlb olunub və yeni əməkdaşlar bu müddətdə hüquqpozmalarla bağlı faktları əyani şəkildə müşahidə edib, onlara gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, sıra hazırlığı və digər zəruri mövzular üzrə qazandıqları nəzəri bilikləri tətbiq etmək imkanı da yaradılıb.

Yeni əməkdaşlar bundan əvvəl DGK-nın Akademiyasında bir aylıq hazırlıq kursları keçiblər.

Qeyd edək ki, "Sahil" gömrük postu neft və qaz yataqlarının istismarı ilə bağlı beynəlxalq müqavilələrin tələbləri çərçivəsində ölkəyə gətirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirməsi zamanı azadolmalarla bağlı fəaliyyət göstərən gömrük postudur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR