Slimfit
  1. SİYASƏT

Azərbaycanda xəstəxanalar hazır vəziyyətə gətirildi, tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanda xəstəxanalar hazır vəziyyətə gətirildi, tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçdi
Sakura

Azərbaycanda xəstəxanalar hazır vəziyyətə gətirildi, tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda deyilir ki, sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon mərkəzi xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“İranla sərhədyanı rayonlarda – Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astaranın tibb müəssisələrində lazımi tədbirlər görülüb. Sözügedən rayonların mərkəzi xəstəxanalarında infeksion şöbələri və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir.

Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR