Slimfit
  1. AZƏRBAYCAN

“Azərbaycanda xəstəliklər iki əsas səbəbə görə sürətlə artır” - Tanınmış loğman həyəcan təbili çaldı

“Azərbaycanda xəstəliklər iki əsas səbəbə görə sürətlə artır” - Tanınmış loğman həyəcan təbili çaldı
Sakura

“Azərbaycanda xəstəliklər iki əsas səbəbə görə sürətlə artır” - Tanınmış loğman həyəcan təbili çaldı

“Azərbaycanda xəstəliklərin, xüsusilə də xərçəng xəstəliyinin, ölü və şikəst doğulan uşaqların, südsüz anaların, sonsuz gəlinlərin və boşanmaların sayı ilbəil, özü də kosmik sürətlə artır. Bunun iki mühüm səbəbi var”. 

Modern.az-ın məlumatına görə, bunu tanınmış təbib, "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə bildirib. O, səbəbləri də açıqlayıb:

“Birinci səbəb budur ki, ölkədə lazımi qədər maarifləndirmə işi aparılmadığı üçün, əhalinin səhiyyə mədəniyyətinin, xüsusilə də qida mədəniyyətinin səviyyəsi çox aşağıdır. Sağlam qan yaratmağa qadir olmayan "ölü" qidalar (ət, yağ, başda ağ çörək olmaqla un məmulatları, tərkibində süni şəkər olan məmulatlar, spirtli və spirtsiz içkilər, kofe, çay) canlı qidaları (meyvə, tərəvəz, göyərti, çiy su, otlardan dəmlənən çaylar) sıxışdırıb, gündəlik süfrədən çıxardıb.
 Digər tərəfdən də, əhali uzlaşmayan (eyni vaxtda həzmə gedə bilməyən) qidaları qarışdırır, bununla da onları çürüdüb zəhərə və şlaka çevirərək, öz qanını zəhərləyir. Belə halda xəstəlik qaçılmaz olur. 

Xəstəliklərin yüksək sürətlə artmasının ikinci mühüm səbəbi - ərzaq məhsullarının ekoloji cəhətdən natəmiz və zəhərli olmasıdır. Hökumət tərəfindən ciddi nəzarət olmadığı üçün, təkcə xaricdən gətirilən məhsullar deyil, ölkədə istehsal olunan məhsullar da ekoloji və sanitar tələblərə cavab vermir. Belə ərzaq insanları kütləvi şəkildə zəhərləyir”. 

Ə.Əzimzadə deyib ki, vicdanını pula satan dələduzlar, əhalinin qida təhlükəsizliyini qorumağa borclu olan təşkilatların gözü qabağında, ölkəyə zəhərli məhsullar gətirir və yaxud ölkədə zəhərli məhsullar istehsal edirlər ki, bununla da bizim insanların yaşamaq hüququmuza qəsd etmiş olurlar. 

“Belə halların qarşısını almağa borclu olan nəzarətçilər isə buna qəsdən göz yumurlar”, deyə Ə.Əzimzadə həyəcan təbili çalıb.

O, ölkə rəhbərliyini, müvafiq qurumların başçılarını bu problemlərə diqqət yetirməyə çağırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR