Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycanda xarici kreditlər üzrə faiz ödənişləri azalıb

Azərbaycanda xarici kreditlər üzrə faiz ödənişləri azalıb
Sakura

Azərbaycanda xarici kreditlər üzrə faiz ödənişləri azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda xarici kreditlәrdәn istifadәyә görә 289,7 mln.dollar (ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,2 mln. dollar və ya 13% az) faiz ödənişi edilib.

Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

“Hesabat dövründә neft-qaz sektoru üzrә 1,8 mlrd.dollar kәsir, qeyri-neft sektoru üzrә isә 307,2 mln.dollar profisit olub. Nәticәdә ilkin gәlirlәr balansında kәsir ötən ilin müvafiq dövrünə nisbətən 18% artaraq 1,5 mlrd.dollar tәşkil edib. İlkin gәlirlәr üzrә daxilolmaların vә ödәnişlәrin ümumi dövriyyәsi 4 mlrd. dollar olub. Bunun 68,5%-i (2,7 mlrd.dollar) Azәrbaycandan qeyri-rezidentlәrә ödәnişlәr tәşkil edir. Bu mәblәğin isә әsas hissәsini (1,8 mlrd.dollar) beynәlxalq neft-qaz konsorsiumları üzrә xarici investorların payına düşәn gәlirlәrin repatriasiyası (әsasәn xam neft şәklindә), qiymәtli kağızlar portfeli üzrә qeyri-rezidentlәrә ödәnilәn faizlәr (358 mln.dollar) vә xarici kreditlәrdәn istifadәyә görә ödәnilәn faizlәr (289,7 mln.dollar) tәşkil edir”, - deyə AMB-nin məlumatında qeyd olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR