Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim ediləcək

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim ediləcək
Sakura

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim ediləcək

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim olunacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR