Azərbaycanda vergi daxilolmalarında ən yüksək artım müşahidə olunan sahələr açıqlanıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda vergi daxilolmalarında ən yüksək artım templəri bank və sığorta sektorunda olub və bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 75,5 % təşkil edib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
Bildirilir ki, Azərbaycanda qeyri-neft-qaz sektorunun əksər fəaliyyət sahələrində vergi daxilolmalarında artım müşahidə edilib.
Hesabat dövrünə daxilolmalarda ən yüksək artım templəri həmçinin, ticarət sahəsində (30,5 %), xidmət sektorunda (28,1 %) və tikinti sektorunda (17,6 %) qeydə alınıb.
"Qeyri-neft sektorunda cari ilin 5 ayında tədiyələr üzrə vergi daxilolmalarında yüksək artım templəri müşahidə olunub. ƏDV daxilolmalarında artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,6 %, aksiz üzrə 16,4 %, mənfəət vergisi üzrə 15 %, fiziki şəxslərin gəlir vergisi üzrə 14,1 %, torpaq vergisi üzrə 48,4 %, əmlak vergisi üzrə 41,5 %, yol vergisi üzrə 17,7 %, dövlət rüsumları üzrə 23,2 % olub", - DVX bildirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət