Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkilinə məsul orqan dəyişir

Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkilinə məsul orqan dəyişir
Sakura

Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkilinə məsul orqan dəyişir

Azərbaycanda vərəm əleyhinə tədbirlərin təşkilinə məsul orqan dəyişir.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bununla əlaqədar “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik təklif olunur. 

Qüvvədə olan qanuna əsasən, vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət Səhiyyə Nazirliyi  tərəfindən həyata keçirilir. Layihəyə əsasən, vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən həyata keçiriləcək. 

Vərəmlə əlaqədar aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınmalıdır.  Layihəyə əsasən, artıq bu barədə də Səhiyyə Nazirliyinə deyil, TƏBİB-ə dərhal məlumat verilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR