Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir - Anar Bağırov

Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir - Anar Bağırov
Sakura

Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir - Anar Bağırov

Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, dünyada çox az ölkə var ki, orada vəkil günü xüsusi qeyd olunur: "Həmin az ölkələr sırasında Azərbaycan da var. Bu da özlüyündə məhkəmə-hüquq sahəsində aparılan islahatların ən vacib şərtlərindəndir".

Anar Bağırov bildirib ki, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub. Vəkillər Kollegiyası da bu islahatlara öz töhfələrini verir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilir.

"Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Heydər Əliyevin xatirəsini ehtiramla yad edən vəkilllər onun məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib, vətənin müdafiəsi və dövlətimizin suverenliyi uğrunda canından keçən şəhidlərinizin məzarları çiçıklər, Şəhidlər abidəsinin qarşısına əklil qoyulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR