Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda uşaq telekanalı yaradılması zəruridirmi - professorun şərhi

Azərbaycanda uşaq telekanalı yaradılması zəruridirmi - professorun şərhi
Sakura

Azərbaycanda uşaq telekanalı yaradılması zəruridirmi - professorun şərhi

Televiziya eksperti, professor Qulu Məhərrəmli deyir ki, bizdə təhsil və maarif kanalının yaradılmasına ehtiyyac var

“Gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla bilər”. Bunu Trend-ə müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, son dövrlərdə ixtisaslaşmış televiziya kanalları praktikası özünü doğruldur: “Mənim düşüncəmə görə, bizdə bu gün təhsil və maarif kanalına ən çox ehtiyyac duyulur. Belə bir kanal dünyanın bir çox ölkələrində var. Uşaq kanalının yaradılması da düşünürəm ki, yaxşı olardı. Amma onun verilişlərini elmi, pedoqoji baxımdan doğru-dürüst səviyyəyə qaldıra bilməyəcəyiksə, sadəcə plansız cizgi filmləri, oyunlar veriləcəksə, belə bir kanalın yaradılmasının mənası yoxdur”.

Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinn (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində qeyd olunub ki, televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilib.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR