Dərc edildi: Baxış sayı: 346
Azərbaycanda uşaq avtoşəhərcikləri salınacaq - Prezident tapşırıq verdi
Azərbaycanda uşaq avtoşəhərcikləri salınacaq.
BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əliyevin 27 mart 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Daxili İşlər Nazirliyi 2019-2020-ci illərdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün uşaq avtoşəhərciklərinin, avtomeydançalarının və digər əyləncə-təlim məkanlarının yaradılması və yerləşdirilməsi qaydasının hazırlanması, belə yerlərin ölkənin müxtəlif ərazilərində yaradılması işinin təşkilini təmin etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət