Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ümumi karantin rejimi sentyabrının 15-də bitəcək?- AÇIQLAMA

Azərbaycanda ümumi karantin rejimi sentyabrının 15-də bitəcək?- AÇIQLAMA
Sakura

Azərbaycanda ümumi karantin rejimi sentyabrının 15-də bitəcək?- AÇIQLAMA

Son günlərdə Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı azalmağa doğru gedir. Qeyd edək ki, iyulun 22-də 391 nəfər koronavirusa yoluxub, 504-ü isə sağalaraq evə buraxılıb. Bu azalma dinamikası davam edərsə sentyabrın 15-nə kimi Azərbaycanda ümumi karantin rejimi bitə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, avqustun 5-nə kimi 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir:

"Son günlərin statistikasına baxanda artıq sərt karantin rejiminin müsbət nəticələrini görə bilərik. Sevindirici hal odur ki, sağalanların sayı yoluxanlardan daha çoxdur. Hazırda pandemiya ilə bağlı vəziyyət yaxşıya doğru gedir. Amma nəzərə alaq ki, mayın əvvəllərində də yoluxma tendesiyası müsbətə doğru gedirdi. Məhz ona görə karantin rejimində yumşalmalar oldu. Amma yumşalmalardan sonra xoşagəlməz hal ortaya çıxdı. Yoluxmaların sayı sürətlə artdı. Operativ Qərargah yoluxanların və sağalanların azalma-artma dinamikasını analiz etdikdən sonra qərar verəcək. Düşünürəm ki, bu dəfə Operativ Qərargah qərar verərkən ötən dövrdə buraxılan səhvləri və digər məsələləri nəzərə almaldır. Bu baxımdan bizim nəsə fikir səsləndirməyimiz doğru olmaz. Bu məsələdə insanlarımızın üzərinə də məsuliyyət düşür. Düşünürəm ki, hər birimiz qoyulan qaydalara əməl etsək normal həyatımıza tez qayıda bilərik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR