Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda test üsulu ləğv olunur? - Deputat açıqladı

Azərbaycanda test üsulu ləğv olunur? - Deputat açıqladı
Sakura

Azərbaycanda test üsulu ləğv olunur? - Deputat açıqladı

"Ali məktəblərə qəbul imtahanlarında test üsulunun tətbiqini dəyərləndirmişik. Bu sistem bilikli abituriyentlərin ali məktəblərə daxil olmasına şərait yaratdı. Lakin uşaqları məktəblərdən didərgin saldı. Məktəb şagirdlərə zəruri biliklər verməklə yanaşı, tərbiyə etməli və onların fiziki hazırlığını gücləndirməlidir. Uşaqların məktəbdən didərgin salınması sosiallaşmanı yoxa çıxardı, tərbiyə faktorununun üstündən xətt çəkdi. Bir cəmiyyətdə ki uşaqlar müəllimə hazırlıq üçün pul verirlərsə, bu, mütləq münasibətləri korlayır. Artıq məktəb təhsili tamamilə sıradan çıxıb”. 

Ens.az Referans.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev deyib.

O bildirib ki, uşaqlar müəyyən edilmiş vaxtlarda məktəbdə yox, əllərində test kitabçaları evlərdə, yaxud kurslarda təhsil alırlarsa, onların davranışlarında mütləq dəyişiklik yaranır. Valideynlər uşaqlarının harada olmasından xəbərsiz olurlar: 

"Təəssüf ki, uşaq və yeniyetmə psixologiyası sahəsində tədqiqatlar yetərli deyil. 10-11 sinif uşaqlarının məktəbdən kənar qalmaları ali təhsil mərhələsində də özünü göstərir. Uşaqlar elə başa düşürlər ki, onlar üzərlərinə düşən işi yerinə yetiriblər. Tələbələrin əksər hissəsində arxayınçılıq yaranır. Məktəbi itirən cəmiyyət gələcəyini itirmiş olur. Məktəbi öz axarına qaytarmaq lazımdır. Qəbul prosesini sadələşdirmək, proqramları yüngülləşdirmək, lakin qısa zaman kəsiyində uşaqları məktəbə qaytarmaq lazımdır. İfrat dərəcədə dinə yuvarlanan, oğru aləminin üzvünə mahnı oxuyan, zərərli vərdişlərə aludəçi olan gənclik çox təhlükəlidir”. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR