Dərc edildi: Baxış sayı: 980
Azərbaycanda telefon qiymətinə mağaza satılır
Sabah - 10 dekabr 2019-cu il tarixində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, hərraca çıxarılan obyektlərdən ikisi Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşir.
Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 55A ünvanında yerləşən 33,1 kv. metrlik 52 saylı mağazaya 750 manat qiymət qoyulub.
Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 57 ünvanında yerləşən 20,1 kv. metrlik 54 saylı mağazaya isə cəmi 450 manat qiymət qoyulub.
Bundan başqa Beyləqan rayonu, 1-ci Şahsevən kəndi, Daşburun stansiyasında yerləşən 139,7 kv. metrlik 3 saylı yeməkxanaya 6000 manat qiymət qoyulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət