Slimfit
  1. TARİXDƏ BU GÜN

Azərbaycanda tələbə qətliamının 10-cu ili - ADNA terroru

Azərbaycanda tələbə qətliamının 10-cu ili - ADNA terroru
Sakura

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 10 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 10 il ötür.

Femida.az xəbər verir ki, 2009-cu ilin 30 aprelində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxanlara "Makarov" tipli tapançadan atəş açıb.

Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər həlak olub.

Terrorun qurbanları haqqında bir neçə söz...

- Bacısını qorumaq üçün dəhlizə çıxan, qatillə əlbəyaxan çıxan, 7 güllə ilə öldürülən, qrup yoldaşlarının qollarında can verərkən ağlayan Savalan Cabbarov

- Pianoda gözəl ifa edən, 2 əcnəbi dil bilən, hadisə günü səhər yatıb qalan Ayaz Bağırov. Anası deyir, oyatmağa əlim gəlmirdi, amma imtahanı vardı deyə oyatdım. Alnından güllələnən Ayaz hadisədən bir gün əvvəl dostuna belə bir msj yazmışdı: "Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssüm saxlamaq çox dəhşətlidir.

Taleh Məmmədov. Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələdiyindən qanaxmanın qarşısını almaq mümkün olmamış və o hadisə yerindəcə dünyasını dəyişmişdi. Yaralanan andan son nəfəsinə kimi dostlarından yardım istəyən Talehin həmin gün kreditə aldığı notebooku müəmmalı şəkildə oğurlanmışdı.



- 2009-cu ilin yanvarında ailəsi ilə sonuncu dəfə Yeni ili qeyd etmiş 20 yaşlı Emin Abdullayev. Mart ayında Gəncədə yaşayan ailəsi ona bayram payı göndərmişdi. Özünü gözləyirdilər, meyidini qarşıladılar.

- Həftədə cəmi 1-cə dəfə həmin korpusda dərsi olan, hadisə günü də elə həmin dərs gününə təsadüf edən Yusif Bəndəliyev. Tələbələr güllə səsindən tez auditoriyanı tərk ediblər. Yusifin birdən yadına düşüb ki, mobil telefonu sinifdə qalıb. O uşaqlardan ayrılıb ki, gedib telefonunu götürüb qayıtsın. Sinifdən çıxanda qatillə üz-üzə gələn Yusif onunla əlbəyaxa olub. Yumruğunu sıxıb onu vurmaq istəsə də, aldığı güllələrdən yerindəcə keçinib. Deyilənə görə ölümündən sonra da onun barmaqlarını açmaq mümkün olmayıb və o, elə əlləri yumulmuş formada da dəfn olunub.

Ruslan Babaşov. Gözü zəif olduğu üçün hadisədən bir gün əvvəl atası ona eynək alıb. Həmin gün ilk dəfə dərsə eynəkdə gələn Ruslan elə yaddaşlarda da o cür qaldı: eynəyi gözündən düşmüş və dostlarının qollarında can verərkən.

- Xərclərini qarşılamaqçün restoranlarda ofsiant işləyən, 1 həftə dərsə gedə bilməyib həmin gün hamıdan tez universitetə tələsn Ceyhun Aslanov. Qatil gülləsi onu 3-cü mərtəbə ilə 2-ci mərtəbənin arasında, pilləkanlarda yaxalayıb.

- Salyandan Bakıya süd məhsulları gətirərək satan, 1957-ci il təvəllüdlü Qurbanova Ayna. Hadisə günü universitetin yeməkxanasına qatıq gətirən Ayna xanım terrorçu ilə üz-üzə gəlib. Qatil ona fikir vermədən yuxarı çıxıb, amma sonradan fikrindən daşınaraq geri qayıdıb və qadını bir güllə ilə öldürərək yoluna davam edib.

- Laboratoriya müdiri Tamilla Əzizova. Güllə onun sağ kürəyindən dəyib sol tərəfindən çıxaraq aorta damarını kəsib və o kəskin qanitirmədən elə yerindəcə dünyasını dəyişib.

Ramiz Abdullayev - akademiyanın professoru. Dişi ağrıdığına görə dekanlıqdan icazə alıb getmək istəyirmiş. Bu məqsədlə dəhlizə çıxıb. Sonra geri sinfə qayıdanda qatillə üz-üzə gəlib və başından aldığı bir güllə ilə vəfat edib.

Məcnun Vahidov - akademiyanın dosenti. O liftdən çıxıb iş otağına gedərkən güllələnib.

- Aprelin 12-də ağ gəlinliklə ata evindən çıxan və 18 gün sonra ağ kəfənlə ata evinə qayıdan laborant Şəfa Məmmədova. İş otağından dəhlizə çıxan Şəfa elə burda gözündən aldığı güllə yarasından elə yerindəcə keçinib.

Qatil Fərda Qədirov sonda özünü güllələyib. Onun üzərindən "Makarov" tipli tapança, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR