Azərbaycanda Təhsil İdarəsi müəllimlərdən “haqq” tələb edir? - AÇIQLAMA
Bəzi saytlarda və sosial şəbəkələrdə Gəncə Şəhər Təhsil İdarəsinin orta məktəblərdə “pul yığma kampaniyası”na start verməsi barədə xəbər yayılıb.
İddia edilib ki, pandemiya tətili səbəbindən işə gəlmədikləri üçün müəllimlərdən pul vermələri tələb olunur. Səbəb kimi də onlardan onlayn dərsləri lazımınca keçməmələri, dərslərə qoşulmamaları əsas gətirilir. Bununla hər bir müəllimdən 30-40 və ya 50 manat “haqq” ödəmələri tələb edilir.
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Ens.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Təhsil İdarəsi orta məktəblərdə müəllimlərdən pul yığılmağa başlanması ilə bağlı nazirliyə müraciət olunmayıb:
“Konkret faktlar olduğu təqdirdə, müvafiq qurumlara müraciət olunması məqsədəuyğundur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət