Azərbaycanda taksi xidməti ilə bağlı vahid platforma yaradılacaq
"Bütün sərnişindaşımada yeniliklər gözlənilir".
“Report” xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov bildirib.
Onun sözlərinə görə, sərnişindaşımada vahid bilet sistemi və taksi xidmətində vahid platformanın yaradılması istiqamətində işlər aparılır: "Bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir”.
Hazırda “Bakıkart”ın mövcud olduğunu xatırladan H.Həsənov bildirib ki, bütün ölkə üzrə sərnişindaşıma ilə bağlı vahid kartın istifadəyə verilməsi planlaşdırılır: "Respublika üzrə bilet sisteminin yaradılması və gələcəkdə yerüstü nəqliyyat vasitələrinə inteqrasiyası nəzərdə tutulur. Respublikada vahid bilet sisteminin olmasının bir sıra üstünlükləri var. Bu, daşıyıcıların özlərinə də xeyirdir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət